Sankt-Peterburq Fond Birjası avqust ayında xarici qiymətli kağızlar alqı-satqısı həcmini 2,6% artırıb.
Fins.az xəbər verir ki, xarici emitentlərin Sankt-Peterburq Fond Birjasında qiymətli kağızlar alqı-satqısının həcmi 2020-ci ilin avqust ayının sonunda iyul ayına nisbətən 2,6% artaraq 15,2 milyard dollar təşkil edib.
Ticarət platformasından edilən açıqlamaya görə, əməliyyatların ümumi dəyəri 19,61 milyard dollara çatıb.