Sentyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,76% – 28,645.66 bəndədək, SP 500 indeksi 0,75% – 3,526.65 bəndədək, Nasdaq indeksi isə 1,39% – 11,939.67 bəndədək yüksəlib.
Avropa fond bazarlarında sentyabrın 1-də FTSE 100 indeksi 1,70% – 5,862.05 bəndədək, Fransa CAC-40 indeksi 0,18% – 4,938.10 bəndədək enib, Almaniya DAX-ı isə 0,22% – 12,974.25 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 975,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,18% azalaraq 1,1914 dollar təşkil edib.