BİRJA

02 Sentyabr

Tesla 5 milyard dollarlıq səhm satacaq

Elektrikli avtomobil istehsalçısı Tesla, 5 milyard dollarlıq səhm satacağını açıqlayıb.
Beləliklə, bazar dəyərindəki astronomik yüksəlişi ilə diqqət çəkən ABŞ şirkəti, yüksək səhm qiymətindən faydalanacaq. Pay bölgüsündən sonra səhmlər pərakəndə sektor investorları üçün daha əlçatan olacaq.

İstehsalçının açıqlamasında, səhmlərin zaman zaman müxtəlif banklarla ediləcək razılaşmalarla satılacağı ifadə edildi. Sözügedən tədarükdən əvvəl, şirkət son on ildə ümumilikdə 14 milyard dollar səhmi satışa  təqdim edib.. Ən son satış fevral ayında 2 milyard dollara həyata keçirilib..

Tesla-nın ikincil bazardan topladığı vəsait, dar bir seqmentə müraciət edən bir elektrikli avtomobil istehsalçısından geniş bir kütləyə ünvanlanan bir atomobil istehsalçısına çevrilməsinə kömək edir.

Şirkət səhmləri, kütləvi təklif xəbərlərindən sonra sessiya əvvəli əməliyyatlarda qazanclarını azaldıb  2,1% artım səviyyəsində qalıb. Tesla bu il demək olar ki,  500-%ə yüksəlib.

Müəllif:Aynur Qəniyeva