BİRJA

01 Sentyabr

Bloomberg: Zoomun sahibi bir neçə saat ərzində 4.2 mld dollar QAZANIB

Zoom videokonfrans xidmətini idarə edən Amerikalı Zoom Video Communications şirkətinin qurucusu Eric Yuan, Bazar ertəsi günü bir neçə saat ərzində 4.2 milyard dollar qazanıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunduğu kimi, ABŞ-da elektron səhm ticarətində Zoom Video Communication-ın səhmləri bir neçə saat ərzində təxminən 26% bahalaşaraq 410 dollara çatıb. Bloomberg-in hesablamalarına görə, bu tendensiya çərşənbə axşamı səhərədək davam edərsə, Yuanın sərvəti 20 milyard dolları keçəcək

Müsbət korporativ hesabatların dərcindən sonra şirkətin səhmləri kəskin şəkildə bahalaşıb. Yuan, Zoom Video Communications şirkətinin icraçı direktoru, direktorlar şurasının sədri və prezidentidir.

Zoomun populyarlığı yeni növ koronavirusun yayılması və bir çox insanın məsafədən işə keçməsi mühitində nəzərəçarpacaq dərəcədə artıb. Bununla  yanaşı xidmət, işçilərinin istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görmədiyinə görə bir neçə dəfə tənqid olunub.

Müəllif:Aynur Qəniyeva