Avqustun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,78% – 28,430.05 bəndədək, SP 500 indeksi 0,22% – 3,500.31 bəndədək enib, Nasdaq indeksi isə 0,68% – 11,775.46 bəndədək yüksəlib.
Avropa fond bazarlarında avqustun 31-də FTSE 100 indeksi 0,61% – 5,963.57 bəndədək, Almaniya DAX-ı 0,67% – 12,945.38 bəndədək, Fransa CAC-40 indeksi 1,11% – 4,947.22 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 969,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,27% artaraq 1,1936 dollar təşkil edib.