BİRJA

21 Avqust

Tesla-nın bazar dəyəri pərakəndə satış nəhəngi Walmart-ı üstələyib

ABŞ elektrikli avtomobil istehsalçısının səhmlərinin bahalaşması davam edir. 

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, Tesla-nın səhmləri 2000 dollardan baha olduğuna görə, şirkətin bazar dəyəri pərakəndə satış nəhəngi Walmart-ı üstələyib.
Dünən rekord səviyyədə bahalaşan Tesla səhmləri, keçən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə baha ticarət edilir.

Tesla, son beş ticarət gününün dördünü rekord ilə başa vurub. Avtomobil istehsalçısının səhmləri  investorlara daha əlçatan olması üçün bölünəcək.

Avqustun 31-dən etibarən Tesla-nın bütün səhmdarları bir adi səhm müqabilində dörd səhm alacaqlar.

Bloomberg məlumatlarına görə, dünənki bağlanış qiymətinə görə Tesla'nın bazar dəyəri 373.1 milyard dollar civarındadır. Walmartın dəyəri siə 369,8 milyard dollardır.

Müəllif:Aynur  Qəniyeva