BİRJA

21 Avqust

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 27,739.73 bəndədək, SP 500 indeksi 0,32% – 3,385.51 bəndədək, Nasdaq indeksi isə 1,06% – 11,264.95 bəndədək yüksəlib.

Fins.az məlumatına görə, Avropa fond bazarlarında avqustun 20-də FTSE 100 indeksi 1,61% – 6,013.34 bəndədək, Fransa CAC-40 indeksi 1,33% – 4,911.24 bəndədək, Almaniya DAX-ı isə 1,14% – 12,830.00 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 949,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,19% artaraq 1,1861 dollar təşkil edib.