Avqustun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 27,692.88 bəndədək, SP 500 indeksi 0,44% – 3,374.85 bəndədək, Nasdaq indeksi isə 0,57% – 11,146.46 bəndədək enib.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 19-da FTSE 100 indeksi 0,58% – 6,111.98 bəndədək, Fransa CAC-40 indeksi 0,79% – 4,977.23 bəndədək, Almaniya DAX-ı isə 0,74% – 12,977.33 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,86% azalaraq 1 967 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,81% azalaraq 1,1838 dollar təşkil edib.