BİRJA

19 Avqust

ABŞ Universitet fondlarından Çin səhmlərinin çıxmasını tələb edir

ABŞ Dövlət Departamenti kollec və universitetlərə Çin şirkətlərinin səhmlərini çıxmaq üçün xəbərdarlıq edir
ABŞ Dövlət Departamenti kollec və universitetlərdən vəsaitlərini Çin aktivlərindən ayırmağı tövsiyyə edib.

Fins.az xəbər verir ki,çərşənbə axşamı məktəblərə göndərilən məktub, Çin səhmlərinin tutulması üçün görüləcək tədbirlərin daha tələbkar ola biləcəyi xəbərdarlığını etdi.

İqtisadiyyatın böyüməsi, enerji və ətraf mühit üzrə müşaviri Keith Krach, ABŞ universitetlərinin direktorlar şuralarına göndərdiyi bir məktubda, “ABŞ universitetləri, Çin şirkətlərinin səhmlərinin ilin sonunadək ABŞ Birjalarından xaric edilməsinə səbəb ola biləcək siyahı standartlarının artırılması səbəbiylə Çin şirkətlərinin səhmlərinin ayrılmasından ehtiyat edirlər." -deyə qeyd edib

Krach, "bu səhmlərin saxlanılması, Çin şirkətlərinin yüksək maliyyə risklərinə səbəb olacağını" qeyd edib.Məktəb gəlirləri ilə bağlı xəbərdarlıq Trump administrasiyasının Çin hökuməti və müəssisələrinə qarşı apardığı kampaniyada yeni bir cəbhə açır.

Bloomberg-in 2019-cu ildə etdiyi araşdırmaya görə, ABŞ-dakı kollec və universitet fondlarının daha yüksək gəlir hədəfi təsiri ilə Çin şirkətlərinə milyardlarla dollar investisiyası var.

Müəllif:Aynur Qəniyeva