BİRJA

19 Avqust

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,24% – 27,778.07 bəndədək enib, SP 500 indeksi 0,23% – 3,389.78 bəndədək, Nasdaq indeksi isə 0,73% – 11,210.84 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 18-də FTSE 100 indeksi 0,83% – 6,076.62 bəndədək, Fransa CAC-40 indeksi 0,68% – 4,938.06 bəndədək, Almaniya DAX-ı isə 0,30% – 12,881.76 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,91% artaraq 2 004,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,51% artaraq 1,1935 dollar təşkil edib.