BİRJA

18 Avqust

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 27,844.91 bəndədək enib, SP 500 indeksi 0,27% – 3,381.99 bəndədək, Nasdaq indeksi isə 1% – 11,129.73 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 17-də FTSE 100 indeksi 0,61% – 6,127.44 bəndədək, Fransa CAC-40 indeksi 0,18% – 4,971.94 bəndədək, Almaniya DAX-ı isə 0,15% – 12,920.66 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,12% artaraq 1 986,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,3% artaraq 1,1875 dollar təşkil edib.