BİRJA

18 Avqust

Rusiya Amerikanın dövlət qiymətli kağızlarına investisiya qoyuluşunu artırıb

Rusiya, 2020-ci ilin iyununda Amerika dövlət qiymətli kağızlarına qoyulan investisiyaların həcmini 5,39 milyard dollardan 5,87 milyard dollara qədər artırıb.

Uzunmüddətli istiqrazlar bir ay əvvəl 3.75 milyard dollar əvəzinə 2.87 milyard dollara çatıb. Qısamüddətli istiqrazların həcmi - Maydakı 1,63 milyard dollar ilə müqayisədə təxminən 3 milyard dollar.

2018-ci ilin yazında Rusiya ABŞ-ın milli borcuna qoyulan sərmayələrini kəskin şəkildə azaltmağa başlayıb. Beləliklə, aprel ayında onların səviyyəsi 96 milyard dollardan 48,7 milyard dollara, may ayında isə 14.9 milyard dollara qədər azaldı. 2019-cu ilin avqust ayında Rusiya fevral ayından bəri ilk dəfə olaraq Amerika dövlət qiymətli kağızlarına yatırımlarını 9.3 milyard dollara qədər artırıb. Bu il Rusiya Federasiyası ABŞ-ın dövlət qiymətli kağızlarına qoyulan investisiyaların həcmini fevral ayı ilə müqayisədə 3 qat - 12,58 milyard dollardan 3,85 milyard dollara qədər artırıb.Sonra aprel ayında qısamüddətli istiqrazlar sayəsində yenidən sərmayələrin həcmini 6,85 milyard dollara çatdırıb.

Yaponiya, iyun ayında 1,26 trilyon dollar göstərici ilə ABŞ dövlət qiymətli kağızlarının ən böyük sahibi olaraq qaldı. 1,07 trilyon dollarla ikinci yeri uzun müddət liderlik edən Çin tutur.

Müəllif:Aynur Qəniyeva