BİRJA

12 Avqust

Hərracda Mərkəzi Bankın notlarına tələb təklifi üstələyib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100783S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4782  AZN (6.74%) və 99.5158  AZN (6.26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 353 300 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158  AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158  AZN (6.26%) müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib. 

Notların ödəmə tarixi 09.09.2020-ci ildir.