BİRJA

12 Avqust

Amerikanın ən böyük şirkətlərinin səhm qiymətləri ucuzlaşır

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalarına nisbətən qiymətləri Amerikanın fond indeksinin ucuzlaşdığı bir vaxtda bahalaşır.

Fins.az xəbər verir ki, "SP500" indeksi bazar ertəsi tarixi maksimum səviyyəsini yenilədikdən sonra ucuzlaşmağa başlayıb. 3326 dəstək səviyyəsinə yaxın ticarət edilən "SP" indeksi üzrə proqnozlar da günbəgün bədbinləşir. 

"SP" indeksi özündə Amerikanın iqtisadi önəmli şirkətlərinin səhm qiymətlərini əks etdirir.