BİRJA

07 Avqust

Bakı Fond Birjadında  əməliyyatların həcmi 30,5% AZALIB

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 33 milyon 431 min manat təşkil edib.

Birjadan fins.az-a daxil olmuş məlumata görə, 2019-cu ilin yanvar-iyul dövrü ilə müqayisədə əməliyyatların həcmi 30,5% azalıb. Belə ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 8 milyard 682 milyon 804, min manat təşkil etmişdi.

“Nəticə olaraq, 2020-ci ilin yanvar-iyul ayları üzrə  Mərkəzi bank qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 111%, repo əməliyyatları üzrə isə 24% böyümə qeydə alınmışdır”,- Birjanın məlumatında deyilir.

2020-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2 milyard 593, milyon 5 min manat təşkil etmişdir.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli