BİRJA

05 Avqust

BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100683S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən fins.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,4782 manat (6,74%) və 99,5158 (6,26%) 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 556 172 600 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 2 sentyabr 2020-ci ildir.