BİRJA

06 Fevral

New York Birjasından ebay-la bağlı qərar

New York Birjasının sahibi (ICE) Exchange Inc. Şirkəti , eBay onlayn platformasını  satın almaq üçün danışıqlar aparır

Fins.az xəbər verir ki, bu barədə  The Wall Street Journal və The Financial Times məlumat yayımlayıb .

Məlumtda bildilir ki, ICE eBay-ı 30 milyard dollardan çox qiymətləndirib. Bu, eBay-ın 28 milyard dollarlıq bazar kapitallaşmasından yüksəkdir. FT mənbələri, ICE-nin rəsmi bir alış təklifi etmədiyini bildirib

ICE, hər iki şirkətin səhmdarları üçün əhəmiyyətli ola biləcək bir sıra imkanları araşdırmaq təklifi ilə eBay-a müraciət etdiklərini təsdiqləyib, bildirib ki, danışıqlar davam etmir.

Bu xəbərlər fonunda eBay səhmlərinin qiyməti  maksimum 34,39 dollardan 38,73 dollara qədər qalxıb . Eyni zamanda, ICE səhmləri 101,44 dollardan 92,60 dollara düşüb

Müəllif:Aynur Qəniyeva