Bakı Fond Birjasında (BFB) 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 033 797 038 manat təşkil edib.
Fins.az-ın Birjaya istinadən verdiyi xəbərə görə, bu, 2018-ci illə müqayisədə 5,8% azdır. Bu müddətdə dövlət qiymətli kağızlar bazarı 11,7% azalaraq 11 781 969 min manat, korporativ qiymətli kağızlar bazarı 20% artaraq 1 129 248 min manat təşkil edib.
2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınıb.
Müəllif: Aynur Qəniyeva