20 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Fins.az xəbər verir ki, yığıncaqda cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub, əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib, o cümlədən birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunub.
Ümumi yığıncağın qərarına əsasən “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilib. Yığıncaqda həmçinin müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilib:
Həsənov Tural Nurəddin oğlu – “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru;
Abdullayev Ceyhun Əliağa oğlu – “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü;
Yusubov İlqar Fayuz oğlu – “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.