PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini dəyişib.
Fins.az xəbər verir ki, indiyə qədər PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini vəzifəsini tutan Tələt Kalayev işdən çıxaraq, "Unicapital" investisiya şirkətində baş menecerin müşaviri vəzifəsinə tranfer olub.
"PAŞA Kapital"-da onu Nəriman Yaqubov əvəz edib.
Qeyd edək ki, yeni direktor müavini Nəriman Yaqubov əvvəl “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru vəzifəsində çalışıb.