BİRJA

07 Yanvar

Maliyyə Nazirliyi 5 illik istiqraz buraxacaq

Gələn il Maliyyə Nazirliyi 850 milyon manatlıq dövlət qiymətli kağızlarının buraxılışı planlaşdırır.

Fins.az nazirliyə istinadən xəbər verir ki, bu buraxılış çərçivəsində 300 milyon manatlıq dövlət qısamüddətli (1 il və daha qısa) və 550 milyon manatlıq ortamüddətli (1 ildən 5 ilə qədər) dövlət qiymətli kağızların daxili maliyyə bazarlarında buraxılmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən dövlət istiqrazlarının Buraxılış Şərtləri artıq dövlət qeydiyyatına alınıb.

İnvestorlarun daha uzunmüddətli dövlət qiymətli kağızlarına olan tələbatının artmasını nəzərə alaraq 2020-ci ildən etibarən Maliyyə Nazirliyi ilk dəfə olaraq dövriyyə müddəti 5 ilədək olan dövlət istiqrazlarının emissiya edilməsini nəzərdə tutur. Bununla ölkə prezidentinin 24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində qarşıya qoyulan vəzifələrin icrası, habelə  daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və daha uzunmüddətli qiymətli kağızlar üzrə istinad dərəcəsinin (bençmark) müəyyən olunması təmin edilməklə qiymətli kağızlar bazarının inkişafı daha da sürətləndiriləcək.

Bu il və əvvəlki illərdə olduğu kimi növbəti ildə də dövlət istiqrazları üzrə keçiriləcək hərraclar barədə dövrü olaraq rüblük, habelə həyata keçirilən hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan dərhal sonra Nazirliyin internet səhifəsində dərc olunacaq.

(c)"Reykinq"