Hərbi əməliyyatların artacağına dair ehtimallara təsir edə biləcək açıqlamalar müşahidə edilərsə, qızılda bahalaşma yenidən güclənəcəkdir.
ABŞ cümə günü İraqda İranlı generalının öldürülməsindən sonra iki tərəf arasında gərgin olan siyasi münasibətlər daha da dərinləşib.
Belə ki, Tehran tərəfi qisas tədbirləri görəcəklərini açıqlamasından sonra Amerika prezidenti Donald Tramp İranın 52 hədəfini bombalayacağı ilə təhdid edib.
Hadisədən sonra dünya birjalarında qızıl qiymətində bahalaşma 1589$-a kimi daha da sürətlənib. Asiya sessiyasında korreksiya edən bir unsiya üzrə qiymət, hazırda 1576$-ın üzərində təklif edilir.
Hazırda iki tərəf arasında birbaşa hərbi əməliyyatların olacağına dair ehtimallar azdır. Lakin bu ehtimalların artmasına təsir edə biləcək açıqlamalar müşahidə edilərsə, qızılda bahalaşma yenidən gündəmi zəbt edəcəkdir.
Qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi əməliyyatı regionda geosiyasi riskləri artırıb. Bu, ABŞ və Çin arasında qarşılıqlı sanksiya tətbirləri fonunda son bir il ərzində artan qlobal iqtisadi risklərin daha da artmasına səbəb olur.