Yanvar ayının 28-də “AzRe Təkrarsığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətdən məlumat verilib.
“İclasda şirkətin 2019-cu il üzrə maliyyə fəaliyyətinin yekunları müzakirə olunacaq. Bundan başqa, səhmdarlar şirkətin əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəəti ilə bağlı məsələni nəzərdən keçirəcəklər”, - deyə məlumatda bildirilir.
Həmçinin “AzRe Təkrarsığorta” şirkətinin cari fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirəyə çıxarılacaq.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 25 milyon 64 min 375,17 manat təşkil edib.
“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir. Nizamnamə kapitalı 50 milyon manata bərabərdir.
(c)renking