Qlobal bazarlarda qızılın unsiyasının qiyməti yenidən 1500 dollar səviyyəsini keçib.
Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:15-də qızılın unsiyasının qiyməti 1503 dollar səviyyələrində olub.
Honq Konqda davam edən etirazlar və Çin ilə ABŞ arasında bölgədəki vəziyyət səbəbindən ola biləcək gərginlik artımı sərmayəçilərin narahatlıqlarının artmasına səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki alətlərə tələbin artmasını təmin edib. Böyük iqtisadiyyatlarda açıqlanan zəif statistik göstəricilər də qızılın bahalaşmasına təkan verib.
Qızılın qiyməti Noyabrın əvvəlindən bu yana 1500 dollar səviyyəsini keçib.