ABŞ - Çin ticarət gərginliyindəki azalmanın qlobal iqtisadi vəziyyəti yaxşılaşdırması ilə mənfi faizli qlobal istiqrazların həcmi 11 trilyon dollara geriləyib. Bu, İyun ayından bəri ən aşağı səviyyədir.
Bu ilin əvvəlində "sərmayə yatırıla bilər" səviyyədəki bütün istiqrazların üçdə biri (17 trilyon dollar) sıfrdan aşağı faiz verirdi.
Alıcıların müddət sonunda zərər etdirəcək istiqrazlara yönəlməsinə səbəb, sərmayəçilərin yüksələn geosiyasi və iqtisadi risklərdən qoruna biləcəkləri bir "etibarlı liman" axtarışı idi.