24 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106024752 |
Emissiya həcmi | 10 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 23 iyun 2020-ci il, 22 dekabr 2020-ci il, 22 iyun 2021-ci il, 21 dekabr 2021-ci il, 21 iyun 2022-ci il, 20 dekabr 2022-ci il |
Faiz gəliri | 8.5 % |
Ödəmə tarixi | 20.12.2022 |
Anderrayter | Paşa Kapital İŞQSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.