BAZAR

20 Avqust

Azərbaycanda 14,1 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib

Azərbaycanda bu ilin yanvar-iyul aylarında əczaçılıq məhsullarının istehsalında 69,1 faiz həcmində böyük artım qeydə alınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xəbər verir ki, qeyd edilən müddətdə ölkədə 14,1 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

Cari ilin 7 ayı ərzində Azərbaycanda 7341,7 min manat dəyərində dərman istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 28,5 faiz çoxdur. Bu il avqustun 1-ə olan məlumata görə, Azərbaycanda 1297,3 min manat dəyərində hazır dərman ehtiyatı var.

Bu ilin ilk 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,7 faiz çox - 1,5 milyon ədəd tibbi maska istehsal edilib. Ölkədə 5,9 milyon ədəd hazır tibbi maska ehtiyatı toplanılıb.