BAZAR

20 Avqust

Azərbaycanda çay istehsalı 8 faiz artıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında çay istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xəbər verir ki, cari ilin ilk 7 ayında ölkədə 7024,0 ton çay istehsal edilib.

Bu il avqustun 1-ə olan məlumata görə, Azərbaycanda 97,6 ton çay ehtiyatı var. Bu il avqust ayının 1-i də daxil olmaqla, Azərbaycanda 773,4 ton yaşıl çay yarpağı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu il Azərbaycan 3 588.93 min ABŞ dolları dəyərində 399.21 ton çay ixrac edib ki, bu da ümumi ixracın 0.02 faizini təşkil edib.