BAZAR

19 Avqust

Azərbaycanın pomidor ixracı 12,4% artıb

2024-cü ilin yanvar-iyul dövründə Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 min 935 ton pomidor ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 milyon 357 min dollar və ya 12,4%, miqdar ifadəsində isə 5 min 65 ton və ya 4,5% artım olduğunu göstərir.

2023-cü ilin ilk yeddi ayında Azərbaycandan 124 milyon 167 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac edilib. Bu məlumatlar, Azərbaycanın pomidor ixracında ilin ilk yarısında müşahidə olunan artımı və bazar tendensiyalarını əks etdirir.

Fuad Mədətov
Finss.az