BAZAR

16 Avqust

Dövlət Məşğulluq Agentliyinin 2023-cü il maliyyə hesabatını təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2023-cü ili 162,917 milyon manat xalis zərərlə başa vurub.

"İki sahil” agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % çoxdur.

Ötən il Dövlət Məşğulluq Agentliyinin əməliyyat xərcləri 116,812 milyon manat (əvvəki ilə nisbətən 14,7 % çox), ümumi və inzibati xərcləri 46,209 milyon manat (34,5 % çox), maliyyə xərcləri 195 min manat (39 dəfə çox), maliyyə gəlirləri 4 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 297 min manat (3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 96,531 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 11,2 dəfə artaraq 5,927 milyon manata çatıb, balans kapitalı isə 12,1 % azalaraq 90,604 milyon manata düşüb.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.