BAZAR

19 İyul

Bu il elmi ad alanların sayı açıqlandı

Bu ilin birinci yarısında 125 nəfərə elmi ad verilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə 103 nəfərə dosent elmi adı verilib. Həmin elmi ad üçün müraciət edən 16 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, ilin I yarısında 22 nəfərə professor elmi adı verilib, 3 nəfərə isə imtina cavabı gəlib.

Fuad Mədətov
Fins.az