BAZAR

18 İyul

Bu ilin ilk 6 ayında 52,6 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-iyun aylarında ölkədən 52,6 milyon ABŞ dolları dəyərində 270,3 min tondan çox azot gübrəsi ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 64,2 faiz, həcm baxımından isə 2,4 dəfə çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,41 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,3 faizə bərabər olub.