BAZAR

17 İyul

Türkiyə ilin ilk yarısında 6,8 milyon dollarlıq bibər ixrac edib.

Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin məlumatına görə, 2023-cü ildə Türkiyədən 99 ölkəyə 12 milyon 226 min dollar dəyərində Çili bibəri göndərilib. Keçən ilin yanvar-iyun dövründə 5 milyon 441 min dollarlıq bibər ixracatı bu ilin eyni dövründə 26 faiz artaraq 6 milyon 878 min dollar olub.

Fins.az xəbər verir ki, 2024-cü ilin birinci yarısında Almaniya, İngiltərə, Hollandiya, ABŞ, Şimali Kipr Türk Respublikası (ŞKTR), Səudiyyə Ərəbistanı, Kanada, Qətər, Rusiya, Rumıniya, Yunanıstan, Çin, Braziliya, İtaliya, Kuba və İspaniya da daxil olmaqla 83 ölkəyə 1876 ton çili bibəri göndərilib.

Türkiyədən bibər ixracatında Almaniya birinci sırada (1 milyon 210 min dollarlıq), ABŞ (964 min dollarla), Böyük Britaniya (781 min dollar), Hollandiya (771 min dollar) və Səudiyyə Ərəbistanı (542 min dollar) Səudiyyə Ərəbistanı gəlir.