BAZAR

11 Oktyabr

İnvestorların nəzərinə: Toxuculuq və geyim istehsalı üçün texnopolisin yaradılması layihəsi

Qırğızıstanın Yüngül Sənaye Müəssisələri Assosiasiyası "Legprom” Çuy vilayətində tekstil və geyim istehsalı üçün texnopolisin tikilib istifadəyə verilməsini nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, layihəyə əsasən, tekstil və geyim məhsullarının istehsalına başlanılması və icarəyə verilməsi nəzərdə tutulur. Texnopolis daha effektiv qarşılıqlı fəaliyyət üçün tikiş müəssisələrini vahid mərkəzdə birləşdirmək və xarici müştərilərdən gələn böyük sifarişləri qəbul etmək məqsədi daşıyır. Geyim müəssisələri ilə əməkdaşlıq modeli Qırğızıstan ərazisində geyim sənayesinin inkişafını sürətləndirəcək. Texnopolisə parça istehsalı, parça rənglənməsi və geyim növləri daxildir.

Layihənin icraçısı 2005-ci ildən fəaliyyət göstərən Qırğızıstan Respublikasının Yüngül Sənaye Müəssisələri Assosiasiyası "Legprom”dur. “Leqprom” Assosiasiyasının əsas fəaliyyəti dövlət orqanlarında və beynəlxalq təşkilatlarda Qırğızıstanın yüngül sənaye müəssisələrinin maraqlarını təmsil etmək və təşviq etməkdir. Bu, yüngül sənayedə müəssisələrin və fərdi sahibkarların yeganə iri və səmərəli birliyidir.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4.06 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 33.000.000 ABŞ dolları
• Texnopolis binasının və ərazisinin tikintisi və abadlaşdırılması - 18.000.000 ABŞ dolları
• Avadanlıqların satın alınması və quraşdırılması - 8.000.000 ABŞ dolları
• Torpaq sahəsi - 2.500.000 ABŞ dolları
• Anbarların tikintisi - 1.150.000 ABŞ doları
• Dövriyyə kapitalı - 3.350.000 Abş dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az