BAZAR

04 Oktyabr

İnvestorların nəzərinə: Süd məhsulları istehsalı klaster layihəsi

Qırğızıstanın "Alayku Organics" Məhdud Məsuliyyətli Cəmiyyəti Oş vilayətində süd klasterinin yaradılmasını nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, müəssisəyə 2000 başlıq mal-qara ferması, süd sexi, baytarlıq aptekləri və yem istehsalı bazası daxildir. Bu kompleks xaricdən yüksək məhsuldar olan iribuynuzlu mal-qaranın yeminin hazırlanmasından tutmuş, keyfiyyətli süd istehsalına qədər bütün prosesə nəzarət edəcək. Alınan süd süd məhsullarının daha da istehsalı üçün “Alayku Organics” fabriklərinə göndəriləcək. Yağsız süd tozu istehsalına da başlanılacaqdır.

Layihənin icarçısı “Alayku Organics” MMC-dir. 2014-cü ildə yaradılan şirkət Qırğızıstanın cənubunda süd məhsullarından ənənəvi milli qırğız içkiləri istehsal edir. Şirkətin fabrikləri standartlaşdırılmış süd və milli məhsulların istehsalı üçün müasir avadanlıqlarla təchiz olunub. “Alayku” brendi ilə istehsal edilən çeşiddə 50-dən çox adda məhsul var. Şirkət həm ölkə daxilində, həm də ölkə xaricdə daimi satış bazarına malikdir. 2020-ci ildə müəssisədə müxtəlif yağlı süd - 1187 ton, müxtəlif növ pendirlər - 230 ton, kərə yağı 97 ton, xama - 194 ton, kefir - 381 ton və kəsmik - 175 ton istehsal edilib.

"Alayku Organics" MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,76 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 6 830 000 ABŞ dolları
• Yüksək məhsuldar mal-qaranın alınması – 2.000.000 ABŞ dolları
• Tikinti - 1.500.000 ABŞ dolları
• Torpaq alqı-satqısı - 100.000 ABŞ dolları
• Avadanlıqlar və kənd təsərrüfatı texnikası – 2.430.000 ABŞ dolları
• Dövriyyə kapitalı və digər xərclər – 800.000 ABŞ dollar
• İnvestisiya məbləği - 6.830.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az