BAZAR

25 Dekabr

Bu il tikilən və təmir edilən məktəblərin sayı açıqlanıb

Bakı 25 dekabr Fins.az

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, bu il Nazirlik tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.