BAZAR

25 Dekabr

Məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb

Bakı 25 dekabr Fins.az

2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.