BAZAR

22 Dekabr

Rezidenturanı bitirənlər üçün təyinatın vaxtı dəyişdirilib

Bakı 22 dekabr Fins.az

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərə müraciət edib.

Nazirlikdən verilən xəbərə görə, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib: "Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək".