BAZAR

21 Dekabr

Nazirlik lisey və gimnaziyalara qəbulun vaxtı ilə bağlı məsələyə münasibət bildirib

Bakı 21 dekabr Fins.az

Təhsil Nazirliyi lisey və gimnaziyalara qəbulun vaxtı ilə bağlı məsələyə münasibət bildirib.

 “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib ki, lisey və gimnaziyalara qəbul ənənəvi olaraq yay aylarında təşkil olunur.

“Yəqin ki, lisey və gimnaziyalara qəbul 2021-ci ilin iyun, iyul və ya avqust aylarında təşkil olunacaq. Amma mövcud şəraitdən çox şey asılıdır”, - deyə o vurğulayıb.