BAZAR

21 Dekabr

Buraxılış və qəbul imtahanları onlayn keçiriləcək? –  CAVAB    

Bakı 21 dekabr Fins.az

Buraxılış və qəbul imtahanlarının onlayn keçirilməsi haqda qərar qəbul edilməyib.

Dövlət İmtahan Mərkəzi rəsmi feysbuk hesabına gələn sualları cavablandırarkən bildirib.

SUAL:  Cəmiyyətdə buraxılış və  qəbul imtahanlarının onlayn keçirilməsi ilə bağlı fikir dolaşır.  Bu haqda hər hansı qərar qəbul edilib?

CAVAB: Buraxılış və qəbul imtahanlarının onlayn keçirilməsi ilə bağlı qərar qəbul olunmayıb.