BAZAR

20 Noyabr

Ağdam rayonunun təhsil statistikası açıqlanıb

Təhsil Nazirliyi Ağdam rayonunun təhsil statistikasını açıqlayıb.

Fins.az-ın məlumatına görə, statistikaya əsasən, 1992-1993-cü tədris ilində Ağdamda məktəblərin sayı 99, müəllimlərin sayı 2 966, şagirdlərin sayı isə 29 478 nəfər olub.

2020-2021-ci tədris ilində isə Ağdamda məktəblərin sayı 135, müəllimlərin sayı 2997, şagirdslərin sayı isə 24 608 nəfər təşkil edib.