2020-ci il 28 dekabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfər şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsinə icazə veriləcək.
Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.
Ancaq 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək - yəni şənbə və bazar günləri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfər şəxsin iştirakı tədris və repetitor xidmətlərinin həyata keçirilməsi qadağan olunur.