BAZAR

19 Noyabr

Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu

Bakı, 19 noyabr Fins.az 

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri dəyişib.

Fins.az xəbər verir ki, şöbə müdiri Mədinə Nurməmmədova yaşa görə təqaüdə göndərilib.

Müvafiq əmrlə, İnqilab Musayev Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər rayonun Köhnə Xaçmaz kənd tam orta məktəbinin direktoru işləyib.