BAZAR

16 Oktyabr

Azərbaycanda daha 55 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan vəziyyəti açıqlayıb.

Nazirlikdən  verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfər təşkil edib.