BAZAR

16 Oktyabr

"Məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər" - Nazir

Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər.

Fins.az xəbər verir  ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son günlərdə qeydə alınan yoluxma sayları sürətlə artır: "Təhsil sistemində 2 milyona yaxın təhsil alan var. Bu təhsilalanların məktəbə getməsi yoluxma hallarının sayının artmasına təkan verə bilər".

E.Əmrullayev əlavə edib ki, son günlər ərzində koronavirusa görə bağlanan məktəblərin sayı çoxalıb.