BAZAR

06 Oktyabr

Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət edib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin oktyabr ayının 12-dək uzadılıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin  //e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir.

Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün //e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunub.

 

Qeyd edilib ki, //e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.