BAZAR

06 Oktyabr

Cəbrayılın təhsil statistikası açıqlanıb

Təhsil Nazirliyi Cəbrayıl rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 1992-1993-cü tədris ilində Cəbrayıl məktəblərinin sayı 72, şagirdlərinin sayı 11020, müəllimlərinin sayı 1582 olub. 

2020-2021-ci tədris ilində Cəbrayıl məktəblərinin sayı 41, şagirdlərinin sayı 9045, müəllimlərinin sayı isə 1055-dir.