BAZAR

01 Oktyabr

Təhsil haqqı ilə bağlı qanunda DƏYİŞİKLİK

Milli Məclisdə keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub.

Fins.az xəbər verir ki, dəyişikliklə qanunun 14.8-1-ci maddəsinə əlavə edilib.

Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qanuna təklif olunan əlavə ilə isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar..