BAZAR

10 Sentyabr

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

2020/2021-ci tədris ili üçün ali müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına(XQTİ) qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları davam edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar 27 avqust tarixindən etibarən keçirilir.

Abituriyentlər 2 istiqamət üzrə ən çoxu 6 Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçiblər. Bu il 11 489 abituriyent və 2 597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd edib.

Bundan əlavə, 46 280 abituriyent I-IV qruplarla yanaşı V qupu da elektron ərizələrində qeyd edib. Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilir. Hər imtahandan sonra hər bir komissiyanın əsasında Apelyasiya komissiyası fəaliyyət göstərir. XQTİ-lərə qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət üzrə keçirilir.