Virtual dərslərə ciddi nəzarət olunacaq.
Fins.az xəbər verir ki, bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, ümumiyyətlə, keçiriləcək bütün virtual dərslərin məktəb rəhbərliyi tərəfindən nəzarətinin təşkili nəzərdə tutulub.